“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq departament, xidmət və şöbələrinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda səhmdar cəmiyyətin sədr müavini Qurban Nəzirov deyib.
Q.Nəzirov, həmçinin bildirib ki, Fransanın AUSTON şirkəti ilə imzalanan müqaviləyə əsasən 50 ədəd yük və 12 sərnişin lokomotivi alınacaq.
Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi üçün görülən işlər barədə məlumat verən QSC sədrinin müavini əlavə edib ki, tikintisi nəzərdə tutulan 12 yarımstansiyadan 10-u artıq hazırdır. Eyni zamanda kontakt şəbəkəsinin və dayaqların dəyişdirilməsi üzrə də xeyli işlər görülüb. Belə ki, yüksək gərginlikli xətlərin çəkilməsi, dayaqların dəyişdirilməsi, yarımstansiyaların tikintisi işlərinin yekunlaşdırılması işləri də bu il başa çatdırılacaq.
Son xəbərlər
Son Xəbərlər