Distant təhsildə olan məktəb və siniflərin sayı açıqlandı

distant-tehsilde-olan-mekteb-ve-siniflerin-sayi-aciqlandi
Oxunma sayı: 1568

Təhsil Nazirliyi COVID-19 səbəbindən distant təhsilə keçən məktəb və siniflərin sayını açıqlayıb. 

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, 16 fevral tarixinə olan məlumata əsasən, distant  təhsildə olan sinif sayı 93, məktəb sayı isə 8-dir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda kütləvi yoluxma aşkarlanan təhsil müəssisələrində tədris distant formada təşkil olunur. 

Gülnar Əliyeva