“Gənclər Evi” - Gənclərin iş həyatına hazırlığı, rəqabət əsaslı iqtisadi sistemdə peşə və sənət sahibi olmaları, təlim və tədris imkanlarından istifadə edərək peşəkar vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən Layihənin əsas məqsədi gənclərin məşğulluq problemlərinin həllinə yardım etməkdir.
“Distant Təlim: Paytaxtdan Regionlara” layihəsinin əsas məqsədi gənclərin sosial inkişafını dəstəkləmək, onların respublikamızın inkişaf prosesində iştirakını təşviq etmək, real aləmdə kurslara gedə bilməyən regionlardakı gənclərin paytaxtdakı kurslardan virtual aləmdə faydalanmalarını təmin edərək “paytaxt-region” uçurumunu azaltmaqdan ibarətdir. Distant Təlimin iştirakçısı olmaq üçün:
Həmçinin tədbirdə Azərbaycanda tətbiq olunacaq və Gənclər Evinin pilot seçildiyi, “Smart Class” sistemi barədə məlumat verilmişdir. Layihənin qurucuları, Koreyanın ən iri şirkəti və dünyaca məhşur olan “SK Telecom” –dur.
Təqdimat mərasimində Koreyanın keçmiş Təhsil Nazirinin müavini Prof. Kyung – Hwoi Kim, Hally Universitetinin Professoru Soojung, Jang, “SK Telecom”-un heyət üzvləri və rəhbərləri, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Millət vəkilləri, Gənclər Təşkilatları iştirak edirdilər.
Bununla yanaşı tədbirdə, daim Gənclər Evi-nə dəstək olan mətbuat üzvləri “GƏNCLƏR EVİNİN DOSTU” adına layiq görülmüşdür.
Layihələr Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezident Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər