Türkiyədə yayımlanan “Söylemezsen olmaz” verilişində müğənni Bülent Ersoyun səhhəti ilə bağlı müzakirə aparılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçinin ötən gün təcili olaraq xəstəxanaya aparıldığı bildirilib.
Canlı yayına bağlanan Bülent Ərsoyun prodüseri Fevzi Siverek Bülent Ersoyun səhhəti ilə bağlı məlumat verib:
“Qış mövsümündə viruslarla əlaqədar çətinlik var. Bülent xanım da bu viruslardan biriylə qarşılaşdı. Vəziyyəti ciddi olduğu üçün xəstəxanaya apardıq. Həkimlər analiz nəticələrinin cavabı çıxana kimi müğənninin xəstəxanada qalacağını dedi. Səhhəti hələlik yaxşıdı, analiz verilib. Cavab gözləyirik. Donuz qripi riski də ola bilər. 40 dərəcə tempraturu var və öskürür. Bu gün çıxan təhlillər nəticəsində diaqnoz qoyulacaq”.
Verilişin şərhçisi, Bülent Ersoyun yaxın rəfiqəsi Oya Aydoğan da məsələyə münasibət bildirib.
O, divanın donuz qripinə yoluxması ehtimalının olduğunu vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər