Bu aksiya ilə əlaqədar siyasi partiyalara, qurumlara və gənclər təşkilatlarına müraciət edilməsinin məqsədəuyğunluğu qeyd edilib.
Divan Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən son yanğın hadisəsini şəhərsalma prinsiplərinə zidd olaraq, korrupsiya niyyəti ilə oda davamsız materiallardan kütləvi istifadənin nəticəsi kimi qiymətləndirib, bu məsələdə günahkarların cəzalandırılmasını, belə üzlüklü digər binalarda dərhal yanğın təhlükəsizliyi tədbirlərinin görülməsini, yanğından zərərçəkənlərə düzgün hesablanaraq kompensasiyasının ödənilməsini tələb edib.
Dinin dövlətdən ayrı olduğu, siyasətə qarışmadığı müasir dövrdə Roma Papasının qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi açıqlamasının beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, Qarabağ probleminin həlli istiqamətindəki diplomatik səylərə zərbə olması və konfessiyalararası münasibətlərin pozulması baxımından narahatlıq doğurduğu qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər