“Qafqazinfo”ya daxil olan məlumata görə,. yığıncaqda 26 fevralda Xocalı soyqırımı abidəsinin ziyarət edilməsi və Ukrayna hadisələrinə həsr olunmuş “Ukrayna inqilabı və onun postsovet məkanına təsirləri” mövzusunda 28 fevral 2014-cü il tarixində keçirilmiş Dəyirmi Masa haqqında fikir mübadiləsi aparılıb. M.Ə.Rəsulzadənini 130 illik yubileyi ilə bağlı Şahmat turnirinin başlanması barədə məlumat verilib.
Başqan İsa Qəmbər Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ilə telefon danışığı olduğunu və Ukrayna hadisələri ilə bağlı fikir mübadiləsi etdiyini bildirib. Divan Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qətiyyətlə pisləyib, eyni zamanda Müsavat Partiyasının indiyə qədər olduğu kimi, bundan sonra da Ukraynanın suverenliyini və ərazi bütövlüyünü, Ukrayna xalqının haqlı tələblərini müdafiə edəcəyini bəyan etməklə yanaşı, beynəlxalq birlikdən hadisələrə aydın və birmənalı münasibət gözlədiyini bəyan edib, Azərbaycan hakimiyyətindən də Ukrayna xalqına açıq şəkildə dəstək tələb edib.
Divan siyasi məhkəmələrlə bağlı proseslərin süni şəkildə uzadılmasını pisləyib və buna son qoyulmasını tələb edib. AXCP-dən olan gənclərin müxtəlif bəhanələrlə həbs olunmasını pisləyib və onların dərhal azadlığa buraxılmasını tələb edib. Eyni zamanda AXCP-nin qərargahının zirzəmisində baş vermiş partlayışın şübhəli olduğunu qeyd edib və hüquq-mühafizə sistemindən tez bir zamanda partlayışın gerçək səbəblərinin üzə çıxarılmasını tələb edib.
Şahbaz Xuduoğlunun mətbəəsinə olan təzyiqlər pislənib və buna son qoyulması tələb olunub. Divan Nərmin Hüseynlinin müalicəsinə görə keçirilən yardım kampaniyasını dəstəkləyib və bir daha ölkə ictimaiyyətini bu kampaniyaya qoşulmağa dəvət edib. BP şirkətinin N.Hüseynliyə etdiyi yardımı qeyd etməklə, hakimiyyətdən öz vətəndaşının sağlamlığı üçün tədbir görülməsini tələb edilib.
Son xəbərlər
Son Xəbərlər