Partiyanın Məclisinin növbəti yığıncağının 12 aprel 2014-cü il tarixinə təyin olunması və Məclisin gündəlik layihəsi razılaşdırılıb.
Yığıncaqda partiyanın Mərkəzi İcra Aparatının rəhbərliyinin Şamaxı rayonunda Şamaxı, Qobustan və İsmayıllı rayon təşkilatlarının və Cəlilabad şəhərində Cəlilabad rayon təşkilatının fəalları ilə görüşləri haqqında məlumat verilib. Bu görüşlərdə ölkədəki ictimai-siyasi vəziyyət, kütləvi tədbirlərin keçirilməsinə hazırlıq, bələdiyyə seçkilərində iştirak formaları və partiya strukturlarının qarşısında duran digər vəzifələr müzakirə edilib.
Müsavat Gənclər Təşkilatının təşkilata yeni üzvlərin cəlb olunması və təqdimatı ilə bağlı keçirdikləri tədbir təqdir olunub. Müsavatçı gənclərin M.Ə.Rəsulzadənin təbliği ilə bağlı addımları da qeyd olunub.
Müsavat Partiyasının rəsmi musavat.org.az saytının yaradılması təqdir edilib, saytın müntəzəm yenilənməsi və təkmilləşdirilməsi zərurəti qeyd olunub.
Rusiyanın Ukraynanın daxili işlərinə kobudcasına, beynəlxalq normalara zidd olaraq müdaxiləsi pislənilib və beynəlxalq təşkilatların bu məsələdə prinsipial və ardıcıl mövqe tutması məqsədəuyğun sayıb.
Ötən həftə Gəncədə QHT rəhbəri Həsən Hüseynlinin qeyri-qanuni olaraq saxlanılması ciddi qanun pozuntusu kimi pislənilib.
Günahsız olaraq həbsdə saxlanılan NİDA-çı gənclərə qarşı həyata keçirilən təzyiqlərə son qoyulması tələb olunub.
Yadigar Sadıqlının Apellyasiya şikayətinə baxılmasının 15 aprel 2014-cü ilə təyin olunması haqqında məlumat verilib.
Sonda cari məsələlərə baxılıb.
Son xəbərlər
Son Xəbərlər