“Qafqazinfo”nun məlumatına görə, iclasda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
Siyasi məhbuslara qarşı aparılan məhkəmə prosesləri barədə məlumat dinlənilib. Bu proseslərin diqqətdə saxlanması barədə tapşırıq verilib.
Divan üzvü Nemət Kərimli Füzuli rayon təşkilatında keçirilən növbədənkənar konfrans, vicdan məhbusları Tofiq Yaqublu və Sirac Kərimli ilə görüşü barədə məlumat verib. Onların hər ikisinin səhhətində ciddi problemlərin olduğunu diqqətə çatdırıb.
Divan qondarma Dağlıq Qarabağ qurumunun rəhbərinə Rusiya Federasiyasının ali mükafatı – “Pyort ordeni”nin verilməsini pisləyərək, hakimiyyətdən buna rəsmi münasibət bildirməsini tələb edib.
Divanda Avrasiya qurumuna müdafiəsi ilə bağlı siyasi təşkilatların yaranması məsələsi müzakirə edilərək, bu cəhdlərin milli mənafelərimizə zidd olduğu vurğulanıb. Bu prosesin diqqətdə saxlanılması zərurəti qeyd edilib.
Sonda cari məsələrə baxılıb.
Son xəbərlər
Son Xəbərlər