”Qafqazinfo”ya daxil olan məlumata görə, İcra Aparatının rəhbəri Gülağa Aslanlının 20 yanvar hadisələrinin 25-ci ildönümünün qeyd edilməsi ilə bağlı Müsavat Partiyasının Mərkəzi Qərargahında keçiriləcək anım tədbiri, Bakı şəhərində, digər rayon mərkəzlərində və yanvarın 20-də 12.30-da Şəhidlər Xiyabanının ziyarət edilməsi ilə bağlı hazırlıqların gedişatı barədə məlumatı dinlənilib. Partiyanın başqanı Arif Hacılının Divanın qərarına uyğun olaraq müxalifətiçi ziddiyyətlərin aradan qaldırılması məqsədilə siyasi partiyalarla, ictimai təşkilatlar və birliklərin rəhbərləri ilə əməkdaşlıq naminə keçirilən görüşlər barədə məlumatı dinlənilib. Bu istiqamətdə səylərin davam etdirilməsi məqsədəuyğun sayılıb. Suraxanı rayonu ərazisində orta məktəblərdən birində baş verən hadisə ilə bağlı məsələ müzakirə olunub.
Son xəbərlər
Son Xəbərlər