Kenan İmirzalıoğlu Sinem Koballa evlilik yolunda ilk addımını atıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyor yeni il gecəsi sevgilisinə evlənmə təklifi edib.
Cütlük özəl gecəni Cahangirdəki boğaz mənzərəli evdə qeyd edib.
Evinin bir otağını güllərlə və şamlarla bəzəyən Kenan irəliləyən saatlarda diz çökərək sevgilisinə "Evlən mənimlə Sinem” deyib.
Romantik təklif qarşısında şok olan Kobal göz yaşları ilə birgə İmirzalıoğluna "Bəli" cavabını verib.
Xoşbəxt cütlük romantik təklifin ardından Afrika tətilinə çıxıb.
Məlumata görə, İmirzalıoğlu tətildən sonra Sinem Kobalı ailəsindən istəyəcək.




Son xəbərlər
Son Xəbərlər