“Dizayn İnşaat Qrup” koronavirusla mübarizəyə 10 min ayırdı

dizayn-insaat-qrup-koronavirusla-mubarizeye-10-min-ayirdi
Oxunma sayı: 1129

“Dizayn İnşaat Qrup” MMC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat vəsait köçürüb. 

“Qafqazinfo” xəbər verir ki, vəsaitin ayrılmasında məqsəd koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.