Dizayneri iş yerində cərəyan vurub öldürdü

dizayneri-is-yerinde-cereyan-vurub-oldurdu
Oxunma sayı: 2004

Bakıda 18 yaşlı dizayner “tok” vurması nəticəsində vəfat edib.

Nərimanov rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, mayın 17-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Vahidli Fuad Vüqar oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Nərimanov rayonu, Z.Bünyadov prospektində fəaliyyət göstərən dizayn studiyasında dizayner işləyən 2003-cü il təvəllüdlü Fuad Vahidli iş zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.