Dizel yanacağı istehsalı xeyli artıb

dizel-yanacagi-istehsali-xeyli-artib
Oxunma sayı: 803


“Qafqazinfo”nun məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-mart aylarının yekunu üzrə hesabatında deyilir.

Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür.

Ümumilikdə cari ilin ilk 3 ayında Azərbaycanda 1,34 milyon ton neft məhsulları istehsal edilib. 2014-cü ilin yanvar-martında isə bu rəqəm təqribən 1,2 milyon ton olub.