Dmitri Bulqakov saxlanıldı

dmitri-bulqakov-saxlanildi
Oxunma sayı: 5101

Rusiya müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakov saxlanılıb.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Bulqakov korrupsiyada şübhəli bilinir. 

O, Moskvada istintaq təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, Bulqakov 2008-2022-ci illərdə müdafiə nazirinin müavini olub və maddi-texniki təminata cavabdehlik daşıyıb.