Dnepr raket atəşinə tutuldu

dnepr-raket-atesine-tutuldu
Oxunma sayı: 1391

Ukraynanın Dnepr şəhəri raket hücumuna məruz qalıb.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Dnepr meri Boris Filatov bildirib. Onun sözlərinə görə, Dneprdə iki güclü partlayış baş verib. 

“Biz gizləndiyimiz yerdən çıxmayacağıq! Biz hərbi administrasiyadan rəsmi məlumat gözləyirik”, - Filatov qeyd edib. 

“Ukrzaliznitsa” ASC-nin İdarə Heyətinin sədri Aleksandr Kamışin də atışma ilə bağlı vəziyyəti şərh edib.

“Dneprdə dəmir yolu infrastrukturuna növbəti raket hücumu. Dəmiryolçular arasında itki yoxdur. Dəymiş ziyanın dərəcəsi hava hücumunun sonunda qiymətləndiriləcək”, o, Teleqram kanalında yazıb.