Dneprdə hava limanı vuruldu

dneprde-hava-limani-vuruldu
Oxunma sayı: 1876

Rusiya hərbçiləri Ukraynanın Dnepr şəhərində hava limanına zərbələr endirib.

“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Dnepropetrovsk vilayətinin qubernatoru Valentin Rezniçenko açıqlayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi gecə hava limanına hücum edib və buraya iki raket atılıb. Nəticədə, aeroportun uçuş-enmə zolağı dağılıb və terminala zərər dəyib.

Rezniçenko hava limanının bərpası üçün uzun müddət lazım gələcəyini vurğulayıb.