Dneprdə hücum zamanı ölənlərin sayı 44-ə çatdı

dneprde-hucum-zamani-olenlerin-sayi-44-e-catdi
Oxunma sayı: 1512

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində hündürmərtəbəli yaşayış binasını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 44-ə çatıb.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Boris Filatov açıqlayıb. 

Xatırladaq ki, yanvarın 14-ü 9 mərtəbəli binanın atəşə tutulması nəticəsində daha 75 nəfər yaralanıb.