“Dnestryanıda Qarabağ ssenarisinin təkrarlanması təhlükəsi yoxdur”

dnestryanida-qarabag-ssenarisinin-tekrarlanmasi-tehlukesi-yoxdur
Oxunma sayı: 3568

Moldovanın yeni Prezidenti Maya Sandu Rusiyanın Dnestryanıdan hərbi qüvvələrini geri çəkməli olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “RBC” telekanalına verdiyi müsahibədə qeyd edib.

“Dnestryanıda Rusiyanın bir əməliyyat qrupu var, bu qrupla əlaqədar Moldova tərəfindən heç vaxt razılıq olmadığı üçün dövlətin mövqeyi bu qoşunların geri çəkilməsi və silahların Moldova ərazisindən çıxarılmasıdır”,- deyə Sandu qeyd edb.

Maya Sandu bu məsələni Rusiya ilə müzakirə edəcəyini bildirib və Dnestryanıda hərbi əməliyyat təhlükəsi olmadığını vurğulayıb.

Onun sözlərinə görə, sülhməramlı missiya ATƏT-in himayəsi altında mülki müstəviyə gətirilməlidir.

Bundan əlavə, Maya Sandu münaqişə bölgəsində Qarabağ ssenarisinin təkrarlanması təhlükəsinin olmadığını qeyd edib. 

“Münaqişənin həlli yalnız dinc yolla olmalıdır. Yəni biz müstəsna dinc diplomatik metodları tapmalıyıq. Hərbi əməliyyatların bərpası üçün heç bir təhlükə və heç bir şərt yoxdur”,- deyə Sandu qeyd edib.