“DNT testi verdim, rus mənşəli olduğum ortaya çıxdı”

dnt-testi-verdim-rus-menseli-oldugum-ortaya-cixdi
Oxunma sayı: 4867

43-cü Beynəlxalq Moskva Film Festivalında baş rolunu oynadığı “Kovan” filminin nümayişi üçün Rusiyaya gedən türkiyəli aktrisa Meryem Uzerli maraqlı açıqlaması ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, Rusiyada “Muhteşem yüzyıl” serialındakı “Hürrem Sultan” obrazı ilə sevilən aktrisa KİV-ə açıqlamasında Moskvada isti qarşılandığını bildirib:

“Burada gördüm ki, əvvəlki işim insanların qəlbini isidir və onlara xoşbəxtlik gətirir. Bu, mənim üçün ən böyük hədiyyələrdən biridir”.

Atası türk, anası alman olan Uzerli keçən il DNT testi verdiyini açıqlayıb: “6-7 faiz rus mənşəli olduğum ortaya çıxdı. Buna çox təəccübləndim. Anamdan və atamdan soruşanda ailənin keçmişindən çox şey çıxdı”.

Bundan əlavə, Məryəm festivalın ilk günü qırmızı xalçada jurnalistlərin suallarını cavablandırarkən Azərbaycana gələcəyini bildirib:

“Oranı çox sevirəm. Bilirəm ki, məni də orada çox sevirlər. Yaxın günlərdə Azərbaycana gedəcəm”.