“Yasak Elma” serialının çəkiliş meydançasında aktyor Talat Bulutun gənc əməkdaş Özge Şimşeki təcavüz etməsi xəbəri Türkiyə gündəmini zəbt edib.
“Qafqazinfo” xəbər verir ki, yayılan məlumatlardan sonra serial qəhrəmanlarının geyim məsləhətçisi aktyoru məhkəməyə verəcəyini açıqlayıb.
19 yaşlı Ö. Şimşek şahidlərinin olduğunu bildirib: “Talat Bulutun qalstukunu düzəldəcəkdim. Mənə dedi ki, arxa tərəfdə düzəlt. Orada mənim dodağımdan öpmək istədi, zor tətbiq etdi. Hadisənin şokunda idim, tez prodakşın şirkətinin rəhbərliyinə məlumat verdim. Məni otağa çağırmasını da hər kəs gördü”.

Serialın əməkdaşı aktyoru məhkəməyə verəcəyini açıqlayıb: “Maddi və mənəvi təzminat istəmirəm, əsas onun cəza almasının arzusundayam. Etdiklərinin cavabsız qalmamalıdır. Mənim kimi başqaları da belə şeylər yaşamasın”.
T. Bulutun vəkili isə mövzu ilə bağlı açıqlama yayıb: “Talat Bulut haqqında bir neçə gündür ki, sosial mediada və mətbuat orqanlarından iddialar yayılır və bu məlumatlar yalandır. Aktyor 42 il müddətində sənətini düzgün görüb və sevilən bir incəsənət nümayəndəsidir. Qız atası olan aktyor barədə məlumat yayarkən həssas davranmağınızı xahiş edirəm. Bütün ittihamları rədd edirik və biz də öz hüquqlarımızı qorumaq üçün məhkəməyə müraciət edəcəyik”.

Son xəbərlər
Son Xəbərlər