Moldova Prezidenti İqor Dodon prezident vəzifəsini müvəqqi icra edən Pavel Filipin parlamentin buraxılması və növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı fərmanını ləğv edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə o, Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi brifinqdə bildirib.
Dodonun sözlərinə görə, eyni zamanda Demokratlar partiyasının vitse-prezidenti olan Filipin fərmanı Konstitusiya qaydalarına uyğun gəlmir.
Qeyd edək ki, Moldovanın Konstitusiya Məhkəməsi parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə Prezidentinin səlahiyyətlərinin müvəqqəti icrasının Baş Nazir Pavel Filipə həvalə olunması barədə qərar çıxarıb. Bununla da İqor Dodonun prezidentlik səlahiyyətləri dondurulub.
Son xəbərlər
Son Xəbərlər