Moldovanın keçmiş prezidenti İqor Dodon və həyat yoldaşı Qalina tibbi sənədləri saxtalaşdırmaqda şübhəli biliniblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu məlumat yayıb.
“Prokurorluq ölkənin eks-prezidentini, onun həyat yoldaşını, eləcə də ailə həkimini dinləmək və onları tibbi sənədin saxtalaşdırılmasında və saxlanmasında şübhəli şəxs kimi tanımaq qərarına gəlib”, - idarənin bəyanatında deyilir.
Qeyd olunur ki, daha əvvəl bu sənəd əsasında respublikanın sabiq prezidenti Ali Məhkəmənin hakimlərindən oğlunu reabilitasiya müalicəsinə görə müşayiət etmək üçün Moldovanı tərk etməyə icazə vermələrini xahiş edib.