Doğma çay “Azerçay”la “YayLand Fest”də - Fotolar

dogma-cay-azercayla-yayland-festde
Oxunma sayı: 1243

Doğma çay “Azerçay” “YayLand Fest” xeyriyyə yarmarkasında iştirak edir.

“Qafqazinfo” xəbər verir ki, “Nargis” fondunun təşkilatçılığı ilə həyata keçirilən layihədə ziyarətçilərin böyük marağını cəlb edən marka qonaqları dadlı çaya dəvət edərək, onlarda xoş yaz əhval-ruhiyyəsi yaradıb.

Tədbirin sponsor olan “Azerçay” bu günlərdə yarmarka iştirakçılarını təmənnasız olaraq, isti çaya qonaq edir.

Xeyriyyə yarmarkasına rəng qatan doğma çay yarmarka keçirildiyi müddət ərzində müxtəlif növ çeşidləri ilə yerli və xarici qonaqları sevindirəcək.

Qeyd edək ki, ölkəmizin ilk milli markası olan “Azerçay” dünyanın 40-dan artıq ölkəsinə ixrac edilir və “Made in Azerbaijan” yazısını üzərində daşıyaraq ölkəmizi şərəflə təmsil edir.

Doğma çay hər kəsi evlərində də bir armudu stəkan “Azerçay” süzməyə dəvət edir.