ABŞ-ın Cənubi Karolina polisi bir cinayətin üstünü 18 ildən sonra açıb.
“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, Ceksonvill şəhərində polis 18 il əvvəl doğum evindən oğurlanmış Kamiya Moblini tapıb.
Nəşrin məlumatına görə, bütün vaxt ərzində qız onu oğurlayan qadın və onun anası ilə birlikdə yaşayıb. 51 yaşlı Qloriya Uilyams oğurladığı qıza saxta sənədlər hazırlatdırıb. Ancaq təvəllüdünü olduğu kimi saxlayıb. Bundan şübhələnən polis qızın həmin “oğurlanmış körpə” olduğunu ehtimal edib.
DNT testi hüquq mühafizə orqanları əməkdaşlarının şübhələrini təsdiqləyib. Uilyamsa qarşı adam oğurluğu ittiham irəli sürülüb. 18 yaşlı Kamiya isə hələlik əsil ailəsinin yanına qayıtmaq istəyini bildirməyib.
Bundan başqa, amerika qanunvericiliyinə əsasən qızın doğmaları ilə “birləşməsi” yalnız tərəflərin qarşılıqlı razılığı əsasında baş tuta bilər.
Son xəbərlər
Son Xəbərlər