Doğum Evinə yeni baş həkim təyin olundu - Foto

dogum-evine-yeni-bas-hekim-teyin-olundu
Oxunma sayı: 5011

“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub.

Bu barədə “Qafqazinfo”ya Mərkəzdən məlumat verilib. Bildirilib ki, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovun əmrinə əsasən, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Hüseynzadə Vəfa Oruc qızı bu vəzifəyə təyin edilib.

Vəfa Hüseynzadə bu təyinata qədər Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) Zahılıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Gülnar Əliyeva