Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında PSJ-ni 6:1 hesabı ilə darmadağın edən “Barselona” inanılmazı bacararaq növbəti mərhələyə adlayıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra ən maraqlı açıqlamalardan biri də Kataloniya təmsilçisinin futbolçusu Xerard Pikedən gəlib.
O, qələbəni belə şərh edib: “Doğum evləri önümüzdəki 9 ay müddətində tibb bacılarının sayını çoxaltmalıdı. Çünki bu gecə sekslə daha çox məşğul olacağıq”.
Qeyd edək ki, 9 mövsümdü “Barselona”da çıxış edən Pike, ardıcıl olaraq 9-cu dəfə 1/4 finala yüksəlib.
Son xəbərlər
Son Xəbərlər