Doğumda oksigensiz qalan körpələrin ümumi soyutma ilə müalicəsi - Foto

dogumda-oksigensiz-qalan-korpelerin-umumi-soyutma-ile-mualicesi
Oxunma sayı: 2937

“Ege Hospital”da bütün bədənin ümumi soyudulması - hipotermiya müalicəsi tətbiq olunmağa başlanılıb. Bunun üçün hospitalda xüsusi texniki avadanlıqlar quraşdırılıb.

Ege Hospital”ın Neonatologiya şöbəsinin müdiri uzman neonatoloq Dr.Kamil Şərifov hipotermiya metodunun hazırda dünyada perinatal asfiksiyanın, yəni körpələrin doğum zamanı oksigensiz qalmasının müalicəsində tətbiq olunan effektivliyi isbat olunmuş yeganə müalicə metodu olduğunu bildirib.

Perinatal asfiksiya

Dünyanın inkişaf etmiş ölkələrində hər min doğumdan 2-9-da asfiksiyaya rast gəlinir. İnkişaf etməkdə olan ölkələrlə bağlı statistika olmasa da, bu rəqəmin daha yüksək olduğu mütəxəsislər tərəfindən güman olunur.

Azərbaycanda ildə orta hesabla 150 min körpənin dünyaya gəldiyini nəzərə alsaq ölkəmizdə hər il yüzlərlə körpənin perinatal asfiksiya ilə doğulduğunu hesablamaq olar.

Doğum zamanı körpənin oksigensiz qalmasına səbəbi olaraq plasentanın körpə dünyaya gəlmədən öncə uşaqlıqdan qopması, göbək ciyəsinin uşaqdan öncə xaricə çıxması, doğumun son anında ananın kifayət qədər gücənə bilməməsi nəticəsində uşağın çıxımda qalması, anada qan təzyiqinin düşməsi göstərilir.

Doğum zamanı oksigensiz qalması körpədə bir çox qalıcı problemə səbəb ola bilər. Belə ki, digər orqan və hüceyrələr kimi beyin hüceyrələri də oksigensiz qaldıqda zədələnir. Lakin digər orqanların toxumalarından fərqli olaraq, beyin hüceyrələri bir dəfə zədələndikdə bir daha yenilənmir. Bu da körpədə ömürlük davam edən “uşaq serebral iflici” kimi problemə səbəb ola bilir.

Hipotermiya müalicə

Əgər bir körpədə perinatal asfiksiya diaqnozu qoyulubsa, ilk 6 saatda müalicə başlanmalıdır. Həkimin qərarı ilə 12 saat ərzində də müalicə başlaya bilər. Daha gec başlayan müalicənin isə effektivliyi qalmır.

Hipotermiya müalicəsində xüsusi cihaz vasitəsi ilə körpə kontrollu olaraq mərkəzi temperaturu 33,5oC olacaq şəkildə soyudulur.

Hipotermiya müalicəsinin effektivliyini artırmaq üçün istifadə olunan bəzi dərmanlar olsa da bunlar hipotermiyaya alternativ deyil.

Dr. Şərifov hipotermiya müalicəsində ilk 6 saatın çox əhəmiyyətli olduğunu bildirib:

“Əgər doğum sonrası “qızıl saatlar” olaraq adlandırılan bir neçə saat dəyərləndirilməz və müalicəyə gec başlanarsa, çox güman bu körpəmiz ömür boyu perinatal asfiksiyanın qalıq əlamətləri ilə yaşamaq məcburiyətində qalacaqdır”.