Doğuş ondan 5 qəpik təzminat tələb edir

dogus-ondan-5-qepik-tezminat-teleb-edir
Oxunma sayı: 4357

Müğənni Doğuş həmkarı Bilal Sonsesi öz mahnısını təqlid etdiyi üçün məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, sənətçinin vəkili Eda Salman tərəfindən İstanbul 1-ci Fikri və Sənaye Hüquqları Məhkəməsinə göndərilən vəsatətdə Sonsesin “Elin olamam” adlı mahnısının giriş və son hissəsinin Doğuşun “Bunun adına yürek derler” bəstəsindən götürüldüyü vurğulanıb.

Qeyd olunub ki, 7 nəfərdən ibarət Musiqi Əsəri Sahibləri Qrupu Peşəkar Dərnəyi (MSG) sözügedən bəstənin plagiat olduğunu təsdiqləyib.

Müraciətdən sonra B. Sonses həmin mahnını yutub səhifəsindən silib. Buna baxmayaraq, mənəvi zərər görən Doğuş 5 qəpiklik təzminat tələb edib.