Doğuş zamanı daha bir faciə

dogus-zamani-daha-bir-facie
Oxunma sayı: 1368

 

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğuş şöbəsində qeysəriyyə əməliyyatı zamanı Günel Babayevanın dünyaya gətirdiyi körpə ölüb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə az.azvision.az-a G.Babayevanın yaxınları məlumat veriblər. Bildirilib ki, əməliyyata kimi uşağın hər hansı problemi olmayıb.

Yaxınlarının sözlərinə görə, G.Babayevanın körpəsinin ölümündə əməliyyatı aparan həkimlər günahkardır.
Sayt Respublika Klinik Xəstəxanası ilə əlaqə saxlasa da oradan bu məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.