Doğuşda öldüyü deyilən uşaqları 33 il sonra qarşılarına çıxdı - Fotolar

dogusda-olduyu-deyilen-usaqlari-33-il-sonra-qarsilarina-cixdi
Oxunma sayı: 4818

1991-ci ildə Çinin Yongjia əyalətində Li adlı cütlüyün ilk övladı doğulub. Bir il keçməmiş qadın ikinci övladına hamilə qalır. Lakin doğuş zamanı həkim cütlüyə uşağın ölü doğulduğunu bildirib.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, əyalət polisi 33 il sonra həmin ailəyə oğullarının hələ də sağ ola biləcəyi barədə məlumat verib.

Lakin onlara qan bankından DNT testinin nəticələrini gözləməli olduqlarını bildiriblər.

Mayın ortalarında polis Tianjin şəhərindən zəng edərək, 33 yaşlı Zhang soyadlı kişinin həqiqətən onların bioloji oğlu olduğunu təsdiqləyib.

Nəhayət, 33 il ayrılıqdan sonra ailə yenidən qovuşub.

Zhang bildirib ki, iki il əvvəl atalığı vəfat etdikdən sonra 80 yaşlı analığı həqiqəti ona açıqlayıb.

Bildirib ki, onu ölü körpə kimi göstərən həkimin qohumlarıdırlar.

O, 33 il açılmayan sirri öyrəndikdən sonra ailəsini axtarmaq qərarına gəlib və ötən ilin oktyabrından onları axtarmağa başlayıb.