“Doğuşdan bir neçə dəqiqə sonra geyinib zirzəmiyə düşdüm” - Mianın anası

dogusdan-bir-nece-deqiqe-sonra-geyinib-zirzemiye-dusdum
Oxunma sayı: 3318

Bu gün Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat başlatmasının artıq beşinci günüdür. İnsan ölümləri ilə nəticələnən hücum fonunda Ukraynada dünyaya gələn körpələrin də xəbəri yayılır.

“Qafqazinfo”nun məlumatına görə, müharibə şəraitində gözünü dünyaya açan bu körpələrdən biri də Miadır.

Ukrayna mediasında ilkin yayılan məlumatda körpənin sığınacaq kimi istifadə olunan Kiyev metrosunda dünyaya gəldiyi bildirilirdi. Mianın anası Svetlana “Unicef”ə açıqlamasında həmin gün baş verənləri və körpəni harada dünyaya gətirdiyinə aydınlıq gətirib.

Onun sözlərinə görə, fevralın 24-ü axşamı şiddətli sancılar içərisində və sirena səsləri ilə oyanıb. Təhlükəyə baxmayaraq, Svetlana və həyat yoldaşı avtomobil ilə onlara ən yaxın doğum evinə yollanıblar.

O bildirib ki, Mia anadan olandan sonra Svetlanaya geyinmək, əşyalarını toplamaq və təhlükəsizlik üçün zirzəmiyə enmək üçün cəmi bir neçə dəqiqə vaxtı olub.

Qadın, həmçinin qeyd edib ki, hazırda gecələri evinin altındakı dayanacaqda maşında keçirir.