Doku Umarov Türkiyəni hədələdi

doku-umarov-turkiyeni-hedeledi
Oxunma sayı: 645

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Umarov çeçen döyüşçülərinə məxsus internet saytında yayımladığı videoda çeçenlərin Türkiyə kəşfiyyat dairələrinin dəstəklədiyi Rusiya agentləri tərəfindən öldürüldüyünü bildirib.

Qeyd edək ki, İstanbulda sentyabrın 16-da 3 Rusiya vətəndaşı olan çeçen məscidin çıxışında naməlum şəxslər tərəfindən öldürülmüşdü.
Umarov öldürülən çeçenlərə görə Türkiyəni cəzalandıracağını deyib.
“Qafqazlar Əmirliyi” adlı qrupun lideri olan və Qafqazda islam dövləti qurmaq istəyən Umarovu ələ keçirmək üçün hər hansı informasiya verən şəxsə ABŞ hökuməti 5 milyon dollar mükafat verəcəyini bildrimişdi.

Səidə