Dollar kreditlərinin taleyi ilə bağlı qərar- - Bir aya açıqlanacaq

dollar-kreditlerinin-taleyi-ile-bagli-qerar-
Oxunma sayı: 3557


Bu barədə “Qafqazinfo”ya məlumat verən KM-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Aslanov bildirib ki, sabah tərəflərin iştirakı ilə iclas keçiriləcək: “İclasda tərəflərin çıxışları dinləniləcək. Daha sonra hakimlər müşavirə otağına gedəcək. Bir ay ərzində isə dollarla bağlı kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı qərar rəsmi dövlət qəzetlərində dərc olunacaq. Yəni sabah yekun qərar verilməyəcək”.

Xatırladaq ki, Mülki Məcəllənin 439.7-ci bəndində bildirilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Yəni, başqa sözlə dollarla götürülmüş kreditlər, bankla bağlanmış müqavilədə xüsusi bənd yoxdursa, köhnə məzənnə ilə ödənilməlidir. 

Günel Türksoy