Dollar növbəsi başa çatdı - Fotolar

dollar-novbesi-basa-catdi-
Oxunma sayı: 10057

Əhaliyə dollar satışını fasiləsiz həyata keçirən Azər-Türk Bankın filialları qarşısında bu gün səhər saatlarında yaranmış müştəri sıxlığı artıq aradan qalxıb.

“Qafqazinfo” xəbər verir ki, bankdan Trend-ə verilən məlumata görə, filiallar qarşısında günün ikinci yarısından böyük növbələr nəzərə çarpmayıb. Müraciət edən bütün müştərilərin mübadilə əməliyyatı həyata keçirməsi üçün lazımi şərait təmin edilib. Gün ərzində bankın baş ofisində və yerli struktur bölmələrinin hər birində 800-1000 nəfər müştəriyə müvafiq valyuta mübadilə xidməti göstərilir. Satılan valyutanın məbləğindən asılı olaraq öz şəxsiyyət vəsiqəsini təqdim etməklə gün ərzində 500 dollara qədər xarici valyuta almaq mümkündür.

Mübadilə əməliyyatları Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnənin üzərinə bankın müvafiq marjası əlavə olunmaqla həyata keçirilir. Belə ki, 14.01.2016-cı il tarixə bankda satış məzənnəsi 1 ABŞ dolları üçün 1.6320 AZN, alış məzənnəsi isə 1.60 AZN həddində müəyyənləşdirilib.