Millət vəkili Azay Quliyev informasiya təhlükəsizliyi məsələsinə toxunub.
“Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, son günlər informasiya təhlükəsizliyi sahəsində ciddi boşluqlar var: “Boşluqdan istifadə edərək təxribatçı qruplar sosial şəbəkələrdə bundan istifadə edirlər. Məsələn, bu günlərdə Müdafiə Nazirliyinin əməkdaşlarınn əməkhaqqısının 30-50 fazi aşağı salınması ilə bağlı məlumat yayıldı. Bu birbaşa bizim hərbi təhlükəsizliyimizlə bağlı məsələ idi. Olmazdı ki, Müdafiə Nazirliyi dərhal materialla bağlı təkzib yayardı? Bunu gecikdirmək olmazdı. O cümlədən hansısa ölkələrdə nə vaxta baş vermiş mitinqlərin şəklini, vidoesunu yayırlar. Bunları da Azərbaycanda olmuş kimi təqdim edirlər”.
İclasda çıxış edən millət vəkili Elmira Axundova isə kreditlərlə bağlı məsələdən danışarkən qeyd edib ki, devalvasiyanın əhaliyə təsiri olmamalı idi: “ Bizdə insanlardan asılı olmayan səbəblərə görə banklara inam azalıb. “Texikabank” , “Beynəlxalq Bank” məsələləri bunu göstərdi.
Beynəlxalq Banka bu yaxınlarda əlimdə olan manatın dollara çevrilməsi üçün müraciət etdim. Amma onlar bundan imtina etdilər ki, valyuta satışını Mərkəzi Bank dayandırıb. Halbuki “qara bazar”da bu həyata keçirilir. Eyni zamanda 10 min manata qədər olan malların gömrük tariflərindən azad edilməsi yaxşı hal idi. Amma bunu ləğv etdilər. Halbuki bu davam etdirilsəydi, müsbət nəticələr verərdi. İnsanalara iqtisadi sərbəstliyi sənədlərdə yox, realda vermək lazımdı”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər