“Qafqazinfo” xəbər verir ki, bu sözləri iqtisadçı ekpert Samir Əliyev sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, bu addımı Mərkəzi Bankın onu çıxılmaz vəziyyət qoyan digər qurumlara qarşı revanşı kimi də qiymətləndirmək olar:”Dolların ciddi ucuzlaşması gözlənilmir və bir müddətdən sonra onun yenidən bahalaşmasını müşahidə edəcəyik. Mərkəzi Bank fevral ayında məzənnə siyasətini bivalyuta səbəti əsasında müəyyənləşdirməyə başlaması da formal xarakter daşıyır. Səbətin strukturu hələ də açıqlanmır. Ancaq ehtimal etmək olar ki, avronun payı çox azdır və bu nisbət 9010 (dollaravro) şəklindədir. Real nisbətlə bağlı açıqlamanın verilməməsi onu göstərir ki, Mərkəzi Bank hələ konkretləşdirməyib. Ola bilsin Mərkəzi Bank bu nisbəti 80/20-yə dəyişsin. İstənilən halda bu il avronun ucuzlaşması davam edəcək və deməli, bu, manatın məzənnəsinə də təsir göstərək. Avronun ucuzlaşması fonunda manatın kəskin bahalaşmasına imkan verməmək üçün manatın da dollara nisbətən ucuzlaşması baş verəcək. İstənilən halda yumşaq devalvasiya prosesi hələ də qüvvədədir”.
Günel
Son xəbərlər
Son Xəbərlər