Dollarda onun şəkli olacaq

dollarda-onun-sekli-olacaq
Oxunma sayı: 3812

20 dollar dəyərində əskinasların üzərində ABŞ-ın yeddinci prezidenti Endrü Ceksonun portreti abolisionist qadın, quldarlığa qarşı mübariz Qarriet Tabmenin portreti ilə əvəz olunacaq.

"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Ceykob Lyu elan edib.

Yeni əskinasların 2020-ci ildən dövriyyəyə buraxılması nəzərdə tutulur. Məhz həmin il ABŞ Konstitusiyasında qadınılara səs hüququ verən 19-cu düzəlişin 100 illiyi qeyd ediləcək.