Dollardan nə xəbər? - Birinci günə olan məzənnə

dollardan-ne-xeber
Oxunma sayı: 6597

Mərkəzi Bank manatın yanvarın 18-nə olan məzənnəsinə dair açıqlama yayıb.

AMB-dən “Qafqazinfo”ya verilən məlumata görə, Mərkəzi Bankının sabah üçün USD/AZN rəsmi məzənnəsi 1,5870 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, dünən Azərbaycanda rəsmi məzənnəyə görə 1 dollar 1.5706 manat olub.

Xatırladaq ki, dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.