Dolların rəsmi məzənnəsi dəyişmədi

dollarin-resmi-mezennesi-deyismedi
Oxunma sayı: 3286

Azərbaycanda dolların qiyməti dəyişməz qalsa da, avronun məzənnəsi artıb.

"Qafqazinfo" Mərkəzi Banka istinadən xəbər verir ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5642 manat, avro isə 1,7072 manat təşkil edir.

Qeyd edək ki, həftəsonu Azərbaycanda rəsmi məzənnəyə görə 1 dollar 1.5642 manat, avro isə 1,7009 manat olub.

Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.