Dollarla alver edənlərə qarşı tədbirlər başlayıb

dollarla-alver-edenlere-qarsi-tedbirler-baslayib
Oxunma sayı: 1860


“Qafqazinfo” xəbər verir ki, nazirlikdən fins.az-a verilən məlumata görə, bu tədbirlər nəticəsində 5375 vergi ödəyicisində pozuntu halları aşkar edilib. Belə ki, 1035 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi  aşkar edilib. 

Bundan başqa, 167 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 701 vergi ödəyicisinin lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya almadan məşğul olduğu müəyyən edilib. Nəzarət zamanı məlum olub ki, 223 vergi ödəyicisi 591 nəfər fiziki şəxs əmək müqaviləsi bağlamadan işə cəlb edib, 231 vergi ödəyicisi isə fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıyıb.  65  vergi ödəyicisində isə aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.