“Qafqazinfo” müraciəti olduğu kimi təqdim edir:
“Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. Mərkəzi Bankın bu qərarı ilə Azərbaycan manatı birdən-birə 34 % ucuzlaşıb. ABŞ valyutası dollar isə 34 % bahalaşıb. Nəticədə Azərbaycan banklarından dollarla kredit götürən vətəndaşlar maddi ziyana düşüblər. Əslində manatın devalvasiyasından sonra dollarla kredit verən banklar ziyana düşməyiblər. Ona görə ki, devalvasiyadan sonra dolların məzənnəsi qalxıb, enməyib. Banklar dollarla götürdüyü əmanətə və manatla verdiyi kreditə görə ziyana düşüblər. Bu zərərləri isə sadə vətəndaşların hesabına kompensasiya etmələri doğru deyil. Yaxşı olardı ki, banklar öz problemlərini dövlətdən uzun müddətə və ucuz kredit götürməklə həll etsinlər. Problemin bu variantda həlli hökumətin də istədiyi kimi iqtisadiyyatın şaxələnməsinə stimul vermiş olar.
Hər gün xeyli sayda insan bu məsələ ilə bağlı Ümid Partiyasına müraciət edərək sual edirlər ki, xarici valyuta ilə götürdüyü krediti əvvəlki, yoxsa yeni məzənnə ilə ödəməlidirlər. Aidiyyatı dövlət qurumlarının bu məsələyə aydınlıq gətirməməsi, bankların da bu məsələni öz maraqları kontekstindən izah etməsi, həmçinin bu arada hüquqşünasların Mülkü Məcəlləyə istinad edərək ziddiyyətli fikir bildirməsi və Mərkəzi Bankın “vətəndaşlar məhkəməyə müraciət edə bilər ” mesajını verməsi bizi çətin vəziyyətdə qalan vətəndaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində əməli addımlar atmağa vadar edir.
Ümid Partiyası yaranmış vəziyyətdən çıxış yolu kimi Azərbaycan Respublikasının Konistitutsiya Məhkəməsinin məsələyə müdaxilə edərək Mülki Məcəllənin ziddiyətli maddələrini şərh etməsini məqsədə müvafiq hesab edir. Konstitusiya Məhkəməsinə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağa-zadənin adından müraciətin edilməsi üçün banklarından dollarla kredit götürən vətəndaşlarımızı bu işdə fəal əməkdaşlığa dəvət edirik.
Bankdan götürdüyünüz kreditin miqdarı, aylıq ödəniş cədvəli və müddəti haqqında bu e-mailə ü[email protected] yazın”.
Son xəbərlər
Son Xəbərlər