Tovuz rayonunda domino oynayan kişilər bir-birinə ağır xəsarət yetiriblər.
"Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 19 radələrində rayonun Qovlar kəndində baş verib.
Rayon sakini Rəhim Qasımov mübahisə zəminində çapacaqla Şaban Həsənovun başından zərbə endirib.
Başı yarılan Ş. Həsənov isə bıçaqla R.Qasımovu vurub. Onlar arasında dava domino oyunu üstündə olub.
Faktla bağlı araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər