Donald Gerye “Neftçi”də 35 min dollar qazanacaq

donald-gerye-neftcide-35-min-dollar-qazanacaq
Oxunma sayı: 2605

“Qarabağ”la problemli şəkildə yollarını ayıran Donald Gerye “Neftçi”yə keçməyə yaxındır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Haiti mətbuatı məlumat yayıb. 

Bildirilir ki, Gerye Bakı klubu ilə 2 illik müqavilə imzalayacaq. 

Onun aylıq gəliri isə 35 min dollar təşkil edəcək. 

Tərəflər arasında razılığa əsasən müqavilə imzalandıqdan sonra müdafiəçinin illik məvacibinin yarısını bəribaşdan alacağı da qeyd olunub.