Donald Tramp 10-cu dəfə baba olacaq

donald-tramp-10-cu-defe-baba-olacaq
Oxunma sayı: 1869

ABŞ prezidenti Donald Tramp 10-cu dəfə baba olacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin oğlu Erik və xanımı Lara ikinci övladlarının dünyaya gəlişini gözləyir. Bu barədə Trampın oğlu Tvitter hesabında yazıb:

“Lara və mən böyük sevinc hissi ilə bildiririk ki, avqustda ailəmizin daha bir üzvü dünyaya gələcək. Lyuk çox gözəl böyük qardaş olacaq!”. 

Qeyd edək ki, Erik Trampın ilk övladı 2017-ci ilin sentyabrında doğulub. ABŞ prezidentinin böyük oğlu Donald Tramp-balacadan 5, qızı İvanka Trampdan isə 3 nəvəsi var.