Donbasda Ukrayna əsgəri minaya düşərək öldü

donbasda-ukrayna-esgeri-minaya-duserek-oldu
Oxunma sayı: 1549

Ukraynanın şərqindəki Donbas bölgəsində bir Ukrayna əsgəri minaya düşərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hadisə Donbasın Şumı bölgəsində baş verib.

Bundan başqa, dünən bölgədə Rusiya tərəfdarlarının atəş açması nəticəsində iki Ukrayna əsgəri və bir mülki şəxs yaralanıb.