Donbasdan Rusiyaya təxliyə olunanların yeni sayı açıqlandı

donbasdan-rusiyaya-texliye-olunanlarin-yeni-sayi-aciqlandi
Oxunma sayı: 1576

“Donetsk və Luqansk Xalq Respublikaları”ndan təxliyə elan olunandan etibarən bu qondarma respublikalardan Rusiyaya 96 mindən çox insan gəlib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyan açıqlayıb.

Onun sözlərinə görə, həmin ərazilərdən gələnlər üçün Rusiyanın 12 bölgəsində 230 müvəqqəti məskunlaşma məntəqəsi fəaliyyət göstərir.

Xatırladaq ki, xarici media yazır ki, fevralın 17-si Donbasda təmas xəttində vəziyyət gərginləşib. Donetsk və Luqansk Xalq Respublikaları Ukrayna Silahlı Qüvvələri tərəfindən atəş açıldığını iddia edirlər. Kiyev isə öz növbəsində, öz mövqelərinin atəşə tutulduğunu açıqlayıb. Hər iki respublika ümumi səfərbərlik elan edib və sakinlərini Rusiya ərazisinə təxliyə etməyə başlayıb.