“Donbassı bu il geri ala bilərəm” - Poroşenko söz verdi

donbassi-bu-il-geri-ala-bilerem
Oxunma sayı: 1390

“Ukrayna qondarma DNR və LNR-in nəzarəti altında olan Luqansk və Donetsk şəhərlərini bu il sülhlə geri qaytaracaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko Türkiyənin “TRT World” telekanalına intervyusunda bildirib.

“Mən Donbassın geri qaytarılması üçün əlimdən gələn hər şeyi edəcəyimə söz verirəm. Ola bilsin ki, bu hadisə bu il olsun. Krıma gəlincə isə, buna çox vaxt lazımdır”, - deyə Poroşenko söyləyib.