Ukrayna nümayəndə heyəti Donbassdakı münaqişənin həlli ilə bağlı danışıqlarla əlaqədar Üçtərəfli Təmas Qrupu çərçivəsində Minskə getməkdən imtina edib.
“Qafqazinfo” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal edilmiş ərazilərin yenidən inteqrasiya naziri Oleksiy Reznikov açıqlama verib.
“Karantin bitdikdən sonra məsləhətləşmələrin əvvəlki kimi Minskdə davam etdirilməsi təklif edilsə, təmas qrupunun iclaslarına qatılmayacağımızı qəti şəkildə elan etdik” ,- deyə Reznikov bildirib.
Baş nazir müavininin sözlərinə görə, Belarus Rusiyanın təsiri altındadır və Ukraynaya münasibətdə düşmən ritorikasından istifadə edir.
“Ukrayna nümayəndə heyəti üzvlərini real görüşlər üçün Minskə göndərməyəcək. Görüşlər üçün başqa bir ölkə və başqa bir şəhər axtarmalıyıq”,- deyə o qeyd edib.
Son xəbərlər
Son Xəbərlər