Dondurma almağa gedən şagirdin başına iş gəldi

dondurma-almaga-geden-sagirdin-basina-is-geldi
Oxunma sayı: 661

Bakıda 85 nömrəli tam orta məktəbdə XI sinif şagirdi Hacıyev Tərlan Vasif oğlu tənəffüs vaxtı dondurma almaq üçün mağazaya getmək məqsədilə məktəb hasarını aşarkən ayağını şüşə kəsib və qanaxma baş verib.

“Qafqazinfo” xəbər verir ki, 85 nömrəli tam orta məktəbdən Trend-ə verilən məlumata görə, şagirdə müvafiq köməklik göstərilib və təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya göndərilib.

Hazırda şagirdin vəziyyəti normaldır.