Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhəri atəşə tutulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqramda bildirib.
Onun sözlərinə görə, böyük supermarket artilleriya ilə vurulub, yanğın başlayıb.
Hadisə nəticəsində azı 9 ölü, 26 yaralı var.
***
Ölənlərin sayı 11-ə çatıb, 37 nəfər isə xəsarət alıb.